ain.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Real Madrid”in futbolçuları Alvaro Arbeloanın taktiki yanaşmasından narazıdır.
Metbuat.az xəbər verir ki, futbolçular Arbeloanın Xabi Alonsonun rəhbərliyi vaxtından qalan soyunma otağındakı gərginliyi azaltmasından məmnun olsa da, taktiki seçimlərinə etiraz ediblər. Məlumata görə, futbolçular məşqçinin “Benfika” və “Rayo Valekano” matçlarındakı taktiki və oyunçu seçimlərindən razı qalmayıblar.
Xəbərdə deyilir ki, Alvaro Arbeloa La Liqa və Çempionlar Liqasında uğur qazana bilməsə, mövsümün sonunda vəzifəsindən göndərilə bilər.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.