AZ

Ronaldu “Əl Nəsr”in qarşıdakı oyununu buraxacaq

Idman.biz saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Əl-Nəsr”in hücumçusu və kapitanı Kriştianu Ronaldu komandanın 6 fevral cümə günü keçiriləcək “Əl-İttihad”a qarşı növbəti oyununda oynamayacaq.

İdman.Biz-in xəbərinə görə, jurnalist Fabrizio Romano bu barədə özünün X sosial media səhifəsində məlumat verib.

Mənbənin məlumatına görə, portuqaliyalı futbolçu nə komanda daxilində, nə də Səudiyyə klubunun rəhbərliyi ilə heç bir problem yaşamır. 41 yaşlı hücumçunun sağlamlığı və ya fiziki hazırlığı ilə bağlı heç bir problemi yoxdur. Ronaldunun Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fondunun (DIF) bəzi klubların idarəçiliyindən narazı qaldığı vurğulanır.

ESPN əvvəllər futbolçunun DIF komandanın rəhbərliyində dəyişikliklərlə bağlı zəmanət vermədiyi təqdirdə iyun ayında klubdan transfer tələb etmək niyyətində olduğunu bildirmişdi. Ronaldu Pro Liqanın 20-ci turunun “Ər-Riyad”la oyununu (0:1) buraxmışdı.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
36
1
icma.az

2Mənbələr