AZ

Gərginlik artdı: Tramp hərbi müdaxilə barədə xəbərdarlıq etdi

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Hind okeanında yerləşən Dieqo Qarsiya adasındakı hərbi mövcudluğundan imtina etməyəcəyini bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Prezidentin sözlərinə görə, icarə müqaviləsinin pozulması halında, yaxud bazada yerləşən Amerika qüvvələri və əməliyyatları hər hansı təhlükə ilə üzləşərsə, ABŞ administrasiyası obyektin təhlükəsizliyini hərbi yolla təmin etməyə hazırdır.

Tramp vurğulayıb ki, dövlət başçısı kimi zəruri hallarda Dieqo Qarsiya bazasının müdafiəsi üçün güc tətbiq etmək hüququnu özündə saxlayır. O, həmçinin adadakı Amerika hərbi iştirakının artırılması ehtimalını da istisna etməyib.

ABŞ lideri qeyd edib ki, Dieqo Qarsiya bazası Hind okeanında strateji mövqeyinə görə ölkənin milli təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Vaşinqton bu kimi həyati əhəmiyyətli obyektlərdə ABŞ-ın mövcudluğunun zəiflədilməsinə və ya təhlükə altına salınmasına heç vaxt yol verməyəcək.

Tahir Turan

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
49
globalinfo.az

1Mənbələr