AZ

Tovuzda 10-a yaxın evdə çatlar əmələ gəlib – VİDEO

Tovuzda bir neçə evdə çatlar əmələ gəlib. Sakinlərin fikrincə, bu, torpaq sürüşməsinə görə baş verir.

NOCOMMENT.az xəbər verir ki, Tovuzda torpaqda yaranan çuxurlar, evlərdə yaranan çatlar sakinlərdə narahatlıq yaradır.

Sakinlər bildirirlər ki, hazırda 10-a yaxın evdə bu cür çatlar var və getdikcə daha çox əraziyə yayılır. Evlərin tavanı, döşəməsi və divarlarında yaranan çatlar təhlükədən xəbər verir.

Tovuz Rayon İcra Hakimiyyətindən “Xəzər Xəbərə” bildirildi ki, məsələdən xəbərdardırlar. Fakta görə sənədləşmə aparılır və problemin həlli istiqamətində aidiyyəti qrumlara müraciət ünvanlanacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
43
1
nocomment.az

2Mənbələr