AZ

Almaniya yığması İsveçli xokkeyçilərin tualet xahişini rədd etdi

Almaniya yığması İsveçli xokkeyçilərin tualet xahişini rədd etdi

2026-cı il Qış Olimpiya Oyunlarının qrup mərhələsi çərçivəsində keçirilən İsveç-Almaniya matçı zamanı İsveç yığmasının paltardəyişmə otağındakı tualeti su basıb.

AFN.az xəbər verir ki, hadisə oyunun birinci fasiləsi zamanı baş verib.

"Expressen" qəzetinin məlumatına görə, tualetin sıradan çıxması səbəbindən isveçli xokkeyçilər rəqib komandaya müraciət edərək onların tualetindən istifadə etmək istəsələr də, Almaniya yığması bu xahişi rədd edib. Nəticədə İsveç komandası arenanın digər tərəfindəki tualetdən istifadə etməli olub. İkinci fasiləyə qədər problem aradan qaldırılıb.

İnsidentə baxmayaraq, qarşılaşma İsveçin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. İsveçli hücumçu Lina Lyunqblom rəqibin davranışına münasibət bildirərkən deyib: "Düşünürəm ki, vəziyyət tərsinə olsaydı, biz onlara icazə verərdik. Amma sonda onlar meydanı tualetləri ilə, biz isə qələbə ilə tərk etdik".

Fevralın 7-də İsveç yığması İtaliya ilə, Almaniya isə Yaponiya ilə qarşılaşacaq.

Seçilən
48
afn.az

1Mənbələr