AZ

Türkiyədə “Mossad” əleyhinə əks-kəşfiyyat əməliyyatı

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) və polis orqanlarının birgə əməliyyatı nəticəsində İsrail kəşfiyyat xidməti "Mossad"ın xeyrinə fəaliyyət göstərdikləri iddia olunan 2 nəfər İstanbulda saxlanılıb.

“Yeni Sabah” xəbər verir ki, təhlükəsizlik mənbələrinə əsasən, “MONİTUM əməliyyatı” çərçivəsində Mehmet Budak Derya və Veysel Kerimoğlu MİT, İstanbul Prokurorluğu və İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin koordinasiyalı fəaliyyəti nəticəsində nəzarətə götürülüb.

İstintaq materiallarında şübhəlilərin ticarət fəaliyyəti görüntüsü altında uzun müddət "Mossad"la əlaqə saxladıqları, üçüncü ölkələrdə görüşlər keçirdikləri və kriptolu rabitə vasitələrindən istifadə etdikləri qeyd olunur.

Onlar müxtəlif ölkələrdə kod adlarından istifadə edən kəşfiyyat əməkdaşları ilə təmasda olublar.

Sənədlərdə, şübhəlilərin Orta Şərqə dair məlumat topladıqları, bu çərçivədə fələstinlilərlə sosial və ticari əlaqələr qurduqları, həmçinin dron texnologiyaları və logistika imkanları ilə bağlı planların müzakirə edildiyi bildirilir.

Təhlükəsizlik mənbələri bildirib ki, 2026-cı ilin yanvarında saxta şirkət yaradılaraq beynəlxalq tədarük zəncirinə sızma planının gündəmdə olub, lakin əməliyyat nəticəsində bu mərhələyə keçilməsinin qarşısı alınıb.


Telegram kanalımız
Seçilən
4
yenisabah.az

1Mənbələr