Milli Məclisin üzvü Razi Nurullayev İmişli rayonunun Kürdmahmudlu kənd məktəbinin acınacaqlı vəziyyəti ilə bağlı paylaşım edib.
NOCOMMENT.az xəbər verir ki, deputat məktəbdə həm müəllimlər otağının, həm də siniflərin yararsız vəziyyətdə olduğunu bildirib. Onun sözlərinə görə, bir otaqdan direktor, müavin və müəllimlər birgə istifadə edir, otaqda isə istilik və şərait son dərəcə zəifdir.
Deputat sinif otaqlarında sınmış lövhələr, köhnə partalar, yararsız döşəmə və nəmişlikdən zədələnmiş divarların olduğunu vurğulayıb. O qeyd edib ki, bu şəraitdə keyfiyyətli təhsildən danışmaq mümkün deyil.
Razi Nurullayev məktəbin tam yenidən tikintisi üçün böyük vəsait lazım olduğunu desə də, ən azı təmir və təchizatın yenilənməsinin mümkün olduğunu bildirib. Deputat bu məktəbin onun doğma kəndində yerləşdiyini də xüsusi qeyd edib.
“Balaca bir kümə…Kürdmahmudlu məktəbi artıq neçə illərdir bərbad olub. Bu şəraitdə keçirilən dərsin necə bir keyfiyyəti olacaq? Müəllimlərin dərs keçmək üçün şəraiti yoxdursa, şagirdə nə öyrədə bilər? Müəllimə burada soyuqdan üşüməmək üçün özü şərait yaratmağa çalışır. Bu toz-torpağın için nə öyrədilə bilər?”
Daha ətraflı videoda.