AZ

Zaur Quliyev özünə veriliş açdı

ain.az, Olke.az portalına istinadən məlumat yayır.

Tanınmış hüquqşünas və mediator Zaur Quliyev televiziya məkanında yeni hüquqi layihəyə başlayır.

Ölkə.Az xəbər verir ki, onun müəllifi və aparıcısı olduğu “Hüququn səsi” proqramı yaxın vaxtlarda Dünya televiziyasının efirində tamaşaçılara təqdim olunacaq.

Yeni layihə cəmiyyət üçün aktual olan hüquqi mövzuların sadə, aydın və anlaşılan dildə izahını hədəfləyir. Proqram çərçivəsindəpeşəkarların iştirakı ilə ailə, əmək, inzibati, cinayət, mülki-hüquqi münasibətlər, hüququn digər sahələri, cəmiyyəti düşündürən hüquqi suallar və gündəmdə olan hüquqi problemlər müzakirə ediləcək.

“Hüququn səsi”nin əsas məqsədi hüquqi məsələlərin emosional yanaşmadan uzaq, qanunvericiliyə və hüquqi arqumentlərə əsaslanan formada izah edilməsidir. Verilişdə müxtəlif sahələri təmsil edən hüquq mütəxəssislərinin iştirakı ilə müzakirələr aparılacaq, tamaşaçılar üçün praktik və maarifləndirici məlumatlar təqdim olunacaq.

Qeyd edək ki, “Hüququn səsi” Dünya televiziyasının efirində hər həftənin şənbə günü saat 15:00-da yayımlanacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
1
olke.az

2Mənbələr