Bakıda yerləşən İdrak Liseyində silahlı insident baş verib.
Paytaxt.org "Unikal"a istinadla xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisindəki liseydə qeydə alınıb.
Bildirilib ki, 10-cu sinif şagirdi müəllimə silahdan atəş açıb.
Dərhal xəstəxanaya çatdırılan müəllimin vəziyyətinin ağır olduğu bildirilir.