AZ

Müəllimi güllələyən şagirdin atası vəzifəli şəxs olub

"İdrak" Liseyində müəllimi güllələyən şagirdin atası vəzifəli şəxs olub...

Poliqon xəbər verir ki, müəllimi güllələyən uşağın atası Samir Şirinov əvvəllər Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyində rəis müavini vəzifəsində çalışıb.

Hazırda isə işsiz olduğu bildirilir.

Qeyd edək ki, fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl "İdrak" liseyinin qarşısında 10-cu sinif şagirdi insident törədib. O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada  müəllimə işləyən Ş.K-ya xəsarət yetirib. Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb. Faktı ilə bağlı cinayət işi başlanıb.

Poliqon.info

Seçilən
22
1
poliqon.info

2Mənbələr