AZ

Unibank müştəriləri 4 milyon manatdan çox keşbek qazanıblar

Bakı. Trend:

"Unibank" kartları öz sahiblərinə yüksək keşbek qazandırmaqdadavam edir. Hər ay banktərəfindən kart müştəriləri üçün xüsusi keşbek imkanları yaradılır.2025-ci il ərzində isə "Unibank" müştəriləri ümumilikdə 4 030 107manat keşbek qazanıblar. Bu müddətdə ən yüksək məbləğ əldə edənmüştərinin keşbek qazancı 1089 manat olub. Bir tranzaksiya üzrəqazanılan ən yüksək keşbek məbləği isə 419 manat təşkil edib.

2025-ci ilin təhlili göstərir ki, "Unibank" müştərilərinin ənçox keşbekqazandığı ilk üçlükdə olan partnyorlar yanacaqdoldurma məntəqələri,market və kafe-restoranlar olub.

"Unibank" müştəriləri keşbek proqramına görə, "Classic", "Pro"və "Premium" mərhələlərindən asılı olaraq, partnyorlardan 10 %-dəkkeşbek qazana bilirlər. Bu ayın 15-dək davam edən 14 fevrala özəlkampaniya çərçivəsində isə daha yüksək keşbek qazanmaq imkanı var.Kampaniya dövründə kart sahibi olduğu mərhələyə əsasən, 14%-dəkkeşbek qazanacaq.

Hazırda 1000-dən artıq partnyor mağaza və xidmət mərkəzlərindəbir çox "Unibank" bankkartları ilə alış-veriş keşbek qazandırır.

"Unibank" kartları ilə alış-verişlərdə market, yanacaqdoldurmaməntəqələri, kafe-restoranlar xüsusi yer tutur. Çünki qeyd olunanxidmət və ticarət obyektlərində "Apple Pay" və "Google Pay" iləödəniş edən kart sahibləri dövriyyə tələbi olmadan, dərhal yüksəkkeşbek əldə edirlər. Ötən ilin nəticələrinə görə, "Unibank"kartları ilə "Apple Pay" və "Google Pay" ödənişlərində 38,8% artımqeydə alınıb. İlin əvvəli ilə müqayisədə 2025-ci ilin sonunda"Google Pay" ödənişləri 26,7%, "Apple Pay" ödənişləri isə 43,8%-əyaxın artıb.

Keşbek proqramı xidməti haqqında məlumatları bankın saytından(https://unibank.az/az/cards/cashback)əldə etmək mümkündür.

Xatırladaq ki, “Unibank”ın "UCard", "Visa Platinum", "VisaInfinite", "Mastercard Black Edition", "Digital card" və "Albalı"kartları keşbek qazandırır.

Unibank- Sənin Bankın!

Seçilən
14
12
az.trend.az

10Mənbələr