AZ

"Şəfa" da qalib gələ bilərdi, biz də..." - "Baku Sportinq"in məşqçisi

1-ci Liqanın 13-cü turunda Binə qəsəbə stadionunda lider "Şəfa" ilə üz-üzə gələn "Baku Sportinq" 1:1 hesablı heç-heçə sayəsində 1 xal qazandı. 26 xalla ikinci pillədə qərarlaşan komandanın məşqçisi Röyal Nəcəfov ilə əlaqə saxlayıb oyun barədə fikirlərini bölüşməsini istədik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Bizi ağır oyun gözlədiyini bilirdik. Bunu matçdan öncə də vurğulamışdım. Fasilədən sonra ilk qarşılaşmalar həmişə çətin olur. Liqanın liderinə qarşı səfərdə mübarizə apardığımızı nəzərə alsaq, bu görüş ikiqat ağır idi. Həqiqətən də çətin mübarizə izlədik. Oyunun müəyyən hissələrində rəqib, müəyyən hissələrində biz üstün oynadıq. "Şəfa" da qalib gələ bilərdi, biz də. Düşünürəm ki, matçın ədalətli nəticəsi heç-heçə idi. Uşaqlara sərgilədikləri futbola, ortaya qoyduqları əzmkarlığa və xarakterə görə təşəkkürümü bildirirəm. Liqanın liderlərinin adına yaraşan oyun oldu".

Nihat

Seçilən
9
1
fanat.az

2Mənbələr