AZ

Ermənistanda vəziyyət qarışdı

Yazını böyüt
Yazını kiçilt

Ermənistan Milli Məclisinin sədri Alen Simonyan ölkənin ikinci prezidenti Robert Koçaryana qarşı məhkəmə iddiası qaldırıb.

Hafta.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i yazır. Bildirilir ki, parlamentin sədri ünvanına səsləndirilən təhqiramiz ifadələrə görə R.Koçaryandan açıq şəkildə üzr istəməsini və bir milyon dram (4 500 manat) məbləğində təzminat ödənilməsini tələb edib.

Məlumata görə, insident 2026-cı il yanvarın 29-da Koçaryanın mətbuat konfransı zamanı baş verib. Jurnalistin ordudakı vəziyyətlə bağlı sualına cavab verən sabiq prezident Alen Simonyan haqqında təhqiramiz ifadələr işlədib.

A.Simonyan bu açıqlamaları şəxsi nüfuzuna xələl gətirən bəyanatlar kimi qiymətləndirərək məhkəməyə müraciət edib.

İddiaya əsasən, üzrxahlıq mətni Robert Koçaryanın "Facebook" hesabında ən azı beş iş günü ərzində hamı üçün açıq şəkildə paylaşılmalı, bu mümkün olmadığı halda isə beş min tirajla çap olunan nəşrdə dərc edilməlidir.

Bundan əlavə, parlament sədri Koçaryanın 530 min dram (2 400 manat) məbləğində hüquqi xərcləri ödəməsini də tələb edib.

Seçilən
56
hafta.az

1Mənbələr