AZ

Fidan Qətərin baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib



Türkiyənin xarici işlər naziri Hakan Fidanla Qətərin baş naziri və xarici işlər naziri Şeyx Muhammed bin Abdurrahman Al Sani arasında telefon danışığı olub.

Newscenter.az Türkiyə Xarici İşlər Nazirliyinə istinadən bildirir ki, telefon söhbəti zamanı nazirlər Türkiyə ilə Qətər arasında mövcud olan siyasi, iqtisdi və ticari məsələlərə toxunublar.

Söhbət zamanı həmçinin, regionda və dünyada baş verən proseslər, Yaxın Şərq məsələsi, eləcə də Qəzzadakı vəziyyət müzakirə edilib. Hakan Fidan Qəzzada çətin durumda yaşayan insanların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində beynəlxalq ictimaiyyətin hərəkətə keçməli olduğunu vurğulayıb.

Anar
Seçilən
58
1
newscenter.az

2Mənbələr