AZ

Xalq artisti Rafiq Əzimovun ad günüdür

Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycanın Xalq artisti Rafiq Əzimovun ad günüdür. 

Hafta.az xəbər verir ki, sənətçi 88 yaşını qeyd edir. Bu münasibətlə "qafqazinfo"ya danışan aktyor bildirdi ki, doğum gününü ailəsi ilə birlikdə evdə qeyd edəcək:

Aktyor vurğulayıb ki, yubileyləri olanda yığışıb evdə qeyd ediblər:

"Prezident yubileyimlə bağlı mənə “Şöhrət” ordeni də vermişdi. Bu gün isə evdə, ailəm və doğmalarımla qeyd edəcəyəm. Özümü yaxşı hiss edirəm. Tamaşalarım var, onlara hazırlaşırıq, oynayırıq. Gənclərə baxıram və bu mənə daha da yaxşı təsir edir, onlara böyük hörmətim var. Çalışdığım 64 il ərzində həmişə gənclərlə təmasda olmuşam, hər zaman böyük hörmət görürəm. Onlara qayğını indidən göstərmək lazımdır ki, gələcəkdə bizim kimi yaşa dolanda öz şücaətlərini nümayiş etdirə bilsinlər. Mən bu gün çalışıram ki, səhnədə olum, gənclərlə ayaqlaşa bilim”. 

Qeyd edək ki, Rafiq Əzimov 6 fevral 1938-ci ildə Bakıda anadan olub.1962-ci ildə Akademik Milli Dram Teatrının truppasına qəbul olunub və həmin dövrdən fasiləsiz olaraq bu teatrın səhnəsində çalışır. O, daha çox “Dibdat bəy” (Dibdat bəy), “Göz həkimi” (İvanov), “Ordan-burdan” (İsmayıl) teletamaşalarındakı rolları ilə məşhurlaşıb. 2000-ci ildə Xalq artisti fəxri adını alıb, 2018-ci ildə isə “Şöhrət” ordeni ilə təltif olunub. Prezident təqaüdçüsüdür. /qafqazinfo/

Seçilən
7
2
hafta.az

3Mənbələr