AZ

"Beşiktaş"dan ayrılandan sonra klubsuz qalan futbolçunun yeni iş yeri bilindi

Ötən yay "Beşiktaş"dan ayrılan Aleks Oksleyd-Çemberlenin karyerasını aharada davam etdirəcəyi bəlli olub.

Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Məlumata görə, 32 yaşlı yarımmüdafiəçi Şotlandiyanın "Seltik" klubu ilə müqavilə bağlayacaq. Mənbə cari mövsümün sonunadək nəzərdə tutulan anlaşmanın müddətinin sonradan uzadıla biləcəyini də vurğulayıb.

Qeyd edək ki, "Liverpul" və "Arsenal"ın sabiq futbolçusu "Beşiktaş"dan ayrılandan sonra klubsuzdur.

Nihat

Seçilən
11
fanat.az

1Mənbələr