AZ

ABŞ İran danışıqları ilə bağlı İsrail rəhbərliyində fikir ayrılığı yaranıb

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İsrailin hərbi-siyasi rəhbərliyi ABŞ ilə İran arasında aparılan danışıqların perspektivləri barədə vahid mövqeyə malik deyil, bu məsələdə ciddi fikir ayrılıqları yaranıb.

Bizimyol.info xəbər verir ki, bu barədə "Al-Monitor" portalı İsrail hökumətindəki mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, ölkə rəhbərliyi hazırda İsrailin Vaşinqtona Tehranla danışıqlar mövzusunda təsir imkanlarının məhdud olduğu qənaətində ortaqlaşır. Bununla belə, hərbi kabinetin bir hissəsi danışıqlar prosesinin ümumiyyətlə pozulmasının tərəfdarıdır. Onlar İranla nüvə proqramı və ümumi təhlükəsizlik məsələləri üzrə hər hansı razılaşmanı mümkün hesab etmirlər.

İsrail hökumətində sərt xətt tərəfdarları ABŞ-ın İslam Respublikasına zərbələr endirməsini dəstəkləyir. ABŞ-la dialoqda onlar geniş kəşfiyyat dəstəyi göstərməyə hazır olduqlarını bildirir və birgə hərbi əməliyyat keçirməyi təklif edirlər. Mənbələrin məlumatına görə, İsrail həmçinin ABŞ-dan “İrana qarşı əməliyyat azadlığı” verilməsini xahiş edib.

Danışıqların tərəfdarları arasında da mövqelər birmənalı deyil. Onların bir qismi Vaşinqtonun yalnız nüvə proqramı deyil, eyni zamanda ballistik raketlər və yəhudi dövlətinə yönələn təhdidlər də daxil olmaqla, hərtərəfli razılaşmalar əldə etməyə çalışmalı olduğunu düşünür. Digər israilli rəsmilər isə bu cür maksimalist mövqenin danışıqları poza biləcəyini və ABŞ-ın minimum tələblərə fokuslanmasının daha məqsədəuyğun olduğunu bildirirlər.

Qeyd edək ki, ABŞ və İran cümə günü Omanda Tehranının nüvə proqramı ilə bağlı danışıqlar aparır. İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, ABŞ nümayəndə heyətinə isə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff rəhbərlik edir.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
49
bizimyol.info

1Mənbələr