AZ

Cənub Qaz Dəhlizindəki payının bir hissəsinin satılması əməkdaşlıqlarımıza hər hansı bir neqativ təsir göstərməyəcək

ain.az, Bizimyol saytına istinadən bildirir.

Azərbaycanın Cənub Qaz Dəhlizindəki payının bir hissəsinin BƏƏ-nin XRG şirkətinə satılması ölkəmiz üçün strateji və iqtisadi fürsət yaradır. Beləki, bu addım Azərbaycanın enerji bazarındakı mövqeyini gücləndirir. Eyni zamanda xarici sərmayələrin cəlb edilməsini asanlaşdırır. XRG şirkətinin iştirakı layihənin idarə olunmasında effektivlik və peşəkarlıq təmin edə bilər. Bu əməkdaşlıq Azərbaycan üçün davamlı gəlir, enerji diplomatiyasında üstünlük və regionda nüfuz artımı deməkdir.

Milli Məclisin deputatı Vüqar Bayramov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, söhbət İqtisadiyyat Nazirliyinə məxsus olan qeyri-nəzarət payının bir hissəsinin satılmasından gedir: “Praktik olaraq qeyri-nəzarət payının satılması Cənub Qaz Dəhlizində Azərbaycanın nəzarət mövqelərinə təsir göstərməyəcək. Bu baxımdan təbii ki, burada əsas məqsəd məhz strateji sərmayələri cəlb etməkdən ibarətdir. Çünki Cənub Qaz Dəhlizinə daha çox sərmayənin cəlb edilməsi prioritet olaraq qalmaqdadır. Əslində Avropa İttifaqı ilə aparılan müzakirələrdə də, xüsusən də bu istiqamətdə Avropada sərmayənin cəlb edilməsi hər zaman müzakirə edilən məsələlərdən olub. Amma təəssüf ki, biz Avropa İttifaqından Cənub Qaz Dəhlizi, eləcə də mavi qazın hasilatı, hasilatı və nəqli ilə bağlı sərmayə, sərmayə qoyuluşuna marağı yüksək olmadığını müşahidə edirik. Nə qədər qəribə görsənsə də, Azərbaycanın 16 ölkəyə mavi qaz nəqlinə baxmayaraq, Avropa İttifaqı hələlik bu istiqamətdə sərmayə qoyuluşunda ciddi maraq nümayiş etdirmir”.

Vüqar Bayramov

Vüqar Bayramov vurğulayıb ki, bu satış prosesi Azərbaycan-Türkiyə və Azərbaycan Avropa ilə enerji əməkdaşlığına hər hansı bir neqativ təsir göstərməyəcək, çünki Azərbaycan özünün qeyri-nəzarət payını satmaq hüququna malik olan ölkədir.

Deputat qeyd edib ki, ümumiyyətlə, bu Cənub Qaz dəhlizi ilə mavi qazın nəqlində də hər hansı bir dəyişikliklərə və öhdəlikləri yerinə yetirilməsinə təsir göstərən bir addım deyil: “Sadəcə strateji addımdır və sərmayənin cəlb edilməsinə dəstək olacaq. Daha çox sərmayə daha çox rentabellik deməkdir. Bu baxımdan təbii ki, bu payın satılması bütövlükdə Cənub Qaz Dəhlizinin rentabelliyinin artmasına müsbət təsir göstərəcək”.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
27
bizimyol.info

1Mənbələr