AZ

Ronaldonun boykotla bağlı çağırışına rəsmiCAVAB

Futbol üzrə Səudiyyə Ərəbistanı çempionatının təşkilatçıları "Ən-Nəsr"in məşhur hücumçusu Kriştianu Ronaldonun oyunları boykot etməklə bağlı açıqlamasına cavab verilib.

Redaktor.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

"Kriştianu "Ən-Nəsr" klubunun inkişafında və ambisiyalarında mühüm rol oynayıb. Hər bir iddialı oyunçu kimi, o da qalib gəlmək istəyir. Amma nə qədər vacib olsa da, heç kim klubundan kənarda qərarlar qəbul edə bilməz", - deyə ulduz futbolçuya cavab verilib.

Portuqaliyalı forvardın klubunun Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu (PIF) tərəfindən idarə edilməsindən narazı olduğu barədə məlumatlar yayılıb. Mediada yayılan məlumatlara görə, Ronaldo fondun digər klublara, xüsusən də "Əl-Hilal"a nisbətən onun komandasına daha az diqqət və resurs ayırdığını düşünür. Bu siyasətə etiraz olaraq 41 yaşlı ulduz forvard fevralın 2-də "Ər-Riyad"la matçda meydana çıxmaqdan imtina edib. Bu qərar oyunçunun "Ən-Nəsr"dən ayrıla biləcəyi ilə bağlı xəbərlərə səbəb olub.

 

Seçilən
10
28
redaktor.az

10Mənbələr