AZ

Paytaxt sakini: “Qış nağılı” festivalı yüksək səviyyədə təşkil olunub

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Qəbələ, 6 fevral, Mustafa Dadaşov, AZƏRTAC

Sevinirəm ki, Qəbələyə budəfəki səfərim “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının keçirildiyi günlərə təsadüf edib. Həm istirahət edəcək, həm də konsertlərdən zövq alacağam.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Bakı şəhər sakini Sevil Rizayeva deyib.

Qəbələdə keçirilən “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının yüksək səviyyədə təşkil olunduğunu bildirən paytaxt sakini konsertlərin keçirildiyi məkanın gözəlliyinə heyran qaldığını vurğulayıb. “Qəbələ şəhəri özü də çox gözəldir. Hər yer ağappaq qara bürünüb. Elə bil ki, doğrudan da qış nağılıdır, sehrli bir aləmə düşmüşük”,- deyə o əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
1
azertag.az

2Mənbələr