AZ

Parlament notarius rejimində işləməyə davam edəcəksə, deputat sayının artırılmasına heç ehtiyac yoxdur

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Deputatlardan biri yerli mətbuata açıqlamasında deyib ki, Azərbaycanda 125 nəfər deputat azdır, əhali artdığı üçün deputat sayını da artırmaq lazımdır.Milli Məclisdə deputat sayında artıma ehtiyac varmı?

“Ağ Partiya” başqan müavini Əhəd Məmmədli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, deputatların sayı əhali sayına görə müəyyən edilməsi doğrudur.

Əhəd Məmmədli

“90-cı illərdə Azərbaycanda deputat sayı çox idi. Sonradan artıq məsələni rahatlaşdırmaq üçün bu hakimiyyət deputatları azaltdı ki, idarəetmə rahat olsun, sonra bütün parlamenti istədiyi kimi qurdu. Parlament notariusa çevrilib. Yəni artıq parlamentin bir halı qalmayıb”.

Politoloqun fikrincə, müqayisədə Gürcüstan və Ermənistan ərazisi Azərbaycan ərazisindən kiçikdir, amma deputat sayı daha çoxdur: “Deputatların çox olması parlamentin demokratikləşmə yolunda bir addımdır. Daha doğrusu, qanunverici orqan olması və rəqabətli şəkildə fəaliyyət göstərməsi, orada real müxalifətin olması yolunda bir addımdır. Təbii ki, say çoxalandan sonra parlament yenə "notarius" vəziyyətində saxlansa və yaxud da müxalifət adından "seçilmiş" adamlar orada yerləşdirilib “Otur fatı, dur fatı” formtatında çıxışa yönəldilsə, əlbəttə ki, say artımının bir əhəmiyyəti olmayacaq. Əgər parlament genişlənib, daha çox saya malik olacaqsa, orada real müxalifət yer alacaqsa və parlament diskus yerinə çevriləcəksə, niyə də olmasın.

Xatırlayırsınızsa, Oqtay Əsədov spiker olanda “bura parlamentdir, bura mübahisə yeri deyil” deyə səslənmişdi. Əslində, elə parlament mübahisə yeridir. Amma bunlar üçün parlament başqa yerdir. Yəni mövcud vəziyyət təkrarlansa, əlbəttə heç bir əhəmiyyəti olmayacaq. Amma bu genişlənmə parlamenti həqiqətən mübahisə, diskus, debat yerinə və qanunverici orqana çevirəcəksə, “fatı dur, fatı otur” kimi yox, notarius kimi yox, sözün əsl mənasında parlament kimi fəaliyyətinə təkan verəcəksə, əlbəttə ki, bu genişlənmə labüddür”.

Qeyd: Etiraf edək ki, deputatların bir qisminin işi Milli Məclisdə "yatmaq"dan ibarətdir. Biz bunu görürük. Bəzi deputatlar yatır, bəziləri də nədənsə çəkindikləri üçün ağızlarına su alıb oturur. Danışanlar, debatlara qatılanlar, təklif irəəli sürənlər də mətbuata açıq olan deputatlardır.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
bizimyol.info

1Mənbələr