AZ

Sürücülərə XƏBƏRDARLIQ: 100 manat cərimə ediləcəksiniz

İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən, sərnişin daşıma qaydalarına əməl etməyən şəxslər inzibati məsuliyyət daşıyırlar.

Publika.az xəbər verir ki, qanunvericiliyə görə, nəqliyyat vasitəsinin arxa oturacağında maksimum 3 nəfərin oturmasına icazə verilir.

Bu qaydanın pozulması, yəni arxa oturacaqda ən çox 3 nəfərin otura biləcəyi nəqliyyat vasitəsində 4 və ya daha çox sərnişinin daşınması halında sürücü barəsində inzibati tədbirlər görülür.

Seçilən
28
8
publika.az

10Mənbələr