AZ

Moskvada Rusiya Müdafiə Nazirliyinin generalına sui-qəsd

Moskvada Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin birinci müavini Vladimir Alekseyevə sui-qəsd cəhdi edilib.

Herbiand.az xəbər verir ki, İstintaq Komitəsinin sözçüsü Svetlana Petrenkonun sözlərinə görə, Rusiya Müdafiə Nazirliyinin 64 yaşlı general-leytenantına hücum cümə günü, 6 fevral tarixində, Volokolamskoye şossesində yaşadığı mənzil binasının 24-cü mərtəbəsində baş verib.

Naməlum şəxs Alekseyevə bir neçə dəfə atəş açaraq qaçıb. General sağ qalıb və təcili olaraq Moskvada xəstəxanaya yerləşdirilib. Dövlət televiziya kanalı RT hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən zərərçəkənin vəziyyətinin ağır olduğunu bildirir.

Telegram kanalı “Baza”nın məlumatına görə, Alekseyev xeyli qan itirib.

Xatırladaq ki, Alekseyev ABŞ və A-İ-nın sanksiyaları altındadır.

Seçilən
16
herbiand.az

1Mənbələr