AZ

Bakının mərkəzindəki İslam Səfərli küçəsində təmir işləri niyə bitmək bilmir?

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakının Nəsimi rayonundakı mərkəzi küçələrindən birində aparılan təmir işlərinin uzun müddətdir başa çatdırılmaması sakinlərin narazılığına səbəb olub.

Bu barədə Oxu.Az-a şikayət daxil olub.

Sakinlərin sözlərinə görə, küçədə əsaslı təmir adı ilə qazıntı işləri aparılsa da, son vaxtlar heç bir aktiv iş görülmür. Nəticədə küçəyə giriş-çıxış məhdudlaşıb, piyadalar və nəqliyyat vasitələri üçün hərəkət demək olar ki, mümkünsüz olub.

"Əsaslı təmir aparılır" deyə küçəni qazıb töküblər, amma uzun müddətdir heç bir iş getmir. Küçəyə giriş-çıxış bağlıdır, hərəkət etmək çox çətindir. Şəhərin mərkəzində belə bir vəziyyət anlaşılmazdır", - deyə şikayətdə bildirilir.

Oxu.Az-ın sorğusuna cavab olaraq ərazidə təmir işlərini icra edən podratçı şirkət işlərin uzanması məsələsinə aydınlıq gətirib.

Şirkətin məlumatına görə, bütün küçəboyu mövcud kommunikasiya xətləri tam yenilənib.

"İslam Səfərli küçəsi ərazisində abadlıq-quruculuq işləri davam etdirilir. Həmin ərazidə piyada zonası yaradılır, küçənin əksər hissəsində beton örtüyü salınıb, yaşıllıq üçün xüsusi yerlər yaradılıb, işiq dirəkləri quraşdırılırmasına başlanılıb. Bu işlər gündəlik olaraq aparılır və hazırda da davam etməkdədir", - deyə məlumatda vurğulanıb.

Əzizə İsmayılova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
49
oxu.az

1Mənbələr