Kulsarı şəhərində (Qazaxıstan) 15 yaşlı şagird məktəbdə balta ilə yaşıdlarına hücum edib.
Bu barədə Qazaxıstan KİV-ləri məlumat yayıb.
Məlumata görə, iki yeniyetmə yüngül bədən xəsarətləri alıb.
Şübhəli saxlanılaraq müvəqqəti saxlama təcridxanasına göndərilib.
Atırau vilayətinin polis departamenti hücum faktını təsdiqləyib./Report
Tarix: 6 Fevral 2026, 16:01