AZ

Günəşdə nəhəng PARTLAYIŞ: Alimlər son vəziyyəti AÇIQLADI – VİDEO

Günəşin arxa tərəfində güclü partlayış baş verib.

İnterpress.az xəbər verir ki, bu barədə beynəlxalq alimlər məlumat yayıb.

Alimlər Günəşin bizə görünməyən (arxa) tərəfində olduqca güclü partlayışın baş verdiyini qeydə alıblar.

Tədqiqatçıların bildirdiyinə görə, bu hadisə son dərəcə böyük enerji ayrılması ilə müşayiət olunub.

Lakin mütəxəssislər Yer sakinləri üçün sakitləşdirici məlumat da paylaşıblar.

Belə ki, Günəşin öz oxu ətrafında fırlanması nəticəsində həmin aktiv bölgənin Yerə tərəf yönələcəyi vaxta qədər öz enerjisinin böyük hissəsini itirəcəyi ehtimal olunur.

Bu səbəbdən partlayışın planetimizdə ciddi maqnit qasırğalarına və ya texnoloji sistemlərdə nasazlıqlara səbəb olmayacağı gözlənilir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
21
interpress.az

1Mənbələr