AZ

ABŞ də polis helikopterinin qəzaya uğraması nəticəsində həlak olanlar var

Milli.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Fevralın 4-də ABŞ-ın Arizona ştatının Flagstaff şəhəri yaxınlığında helikopterin qəzaya uğraması nəticəsində pilot və bir polis əməkdaşı həlak olub.

Milli.Az xəbər verir ki, bu barədə ABC News telekanalı məlumat yayıb.

Məlumata görə, helikopter hadisə yerinə çağırış əsasında gəlmiş polis əməkdaşlarına havadan taktiki dəstək göstərib. Polis əməkdaşları zərərçəkəni dindirən zaman şübhəli şəxs evin damından atəş açıb. Təxminən iki saat davam edən atışma zamanı hücum edən şəxs yaralanıb və sonradan saxlanılıb.

Hüquq-mühafizə orqanları şübhəlinin helikopterə də atəş açmış ola biləcəyini istisna etmirlər. Lakin bu məlumat hələlik təsdiqlənməyib.

Ayxan

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
34
2
news.milli.az

3Mənbələr