AZ

Donbasda keniyalı muzdlu əsgərlərin cəsədləri tapılıb - FOTO

Donetsk bölgəsində bir neçə Keniya vətəndaşının cəsədi aşkar edilib. Onlar Rusiya tərəfində vuruşub və Ukrayna Müdafiə Qüvvələri tərəfindən öldürülüb.

Herbiand.az bildirir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat verib.

Bildirilib ki, Rusiya tərəfindən Ukraynaya qarşı cinayətkar müharibədə iştirak etmək üçün cəlb edilən daha iki Keniya vətəndaşının cəsədi Donetsk bölgəsinin Liman şəhəri yaxınlığında aşkar edilib.

Bunlar Ombvori Denis Baqaka və Vahome Simone Qitatudur. Onların qalıqları başqa bir Keniyalı muzdlu əsgər olan Klinton Nyapara Moqesanın cəsədinin yanında tapılıb. O, Rusiya Silahlı Qüvvələri ilə müqavilə imzalamadan əvvəl Qətərdə yaşayıb və işləyib. Moqesa qısa təlim dövründən sonra Donetsk bölgəsində hücum zamanı öldürülüb.

Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, hər üç keniyalı Qətərdə yaxşı və sabit gəlirli təhlükəsizlik şirkətlərində işləyiblər. Lakin Kremlin böyük və sürətli pul vədləri müqabilində həyatlarını dəyişməyə qərar veriblər.

Bəxtiyar CƏFƏRLİ



Seçilən
32
herbiand.az

1Mənbələr