ain.az, Marja.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Mərkəzi Bankın sədri Taleh Kazımov Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiya rəhbəri Anna Bordon və ölkəmizin də daxil olduğu Seçki Qrupu üzrə icraçı direktoru Patrik Loşevskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüş zamanı Azərbaycanda makroiqtisadi vəziyyət, inflyasiyaya təsir edən baçlıca amillər, eləcə də pul siyasətinin ötürücülüyünün gücləndirilməsi və pul siyasəti çərçivəsinin təkmilləşdirilməsi məsələləri müzakirə olunub.
Görüşdə tərəflər arasında əməkdaşlığın mövcud vəziyyəti və onun genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.



Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.