AZ

ABŞ Rusiya ilə silah nəzarəti müqaviləsinı Çinin də qoşulmasını istəyir

ABŞ administrasiyası Çini Rusiya ilə yeni silah nəzarəti müqaviləsinə daxil etmək istəyir.

Herbiand.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bunu ABŞ Dövlət Katibinin Silahlara Nəzarət və Beynəlxalq Təhlükəsizlik üzrə müavini Tomas Dinanno bildirib.

"Prezident [Donald Tramp] dünən yenidən yeni bir müqavilə bağlamaq istədiyini bildirdi. Ümumiyyətlə, köhnə müqavilə qüsurlu idi. O, taktiki nüvə silahlarını əhatə etmirdi və Çini əhatə etmirdi", - deyə o, Cenevrədə jurnalistlərə bildirib.

ABŞ və Rusiya arasında Strateji Silahların Azaldılması Müqaviləsi 5 fevral 2026-cı ildə başa çatıb. Bu sənəd dünyanın iki ən böyük nüvə gücünün arsenalını tənzimləyirdi və beynəlxalq sabitliyi təmin edən əsas müqavilələrdən biri idi. ABŞ və Rusiya müqaviləni 2010-cu ildə imzalayıblar. 2021-ci ildə isə müqavilə daha beş il, 2026-cı ilə qədər uzadılıb.

ABŞ Prezidenti Donald Tramp Rusiya ilə mövcud müqaviləni uzatmaq əvəzinə, yeni, təkmilləşdirilmiş və modernləşdirilmiş bir müqavilənin tərəfdarı olduğunu bildirib.

Seçilən
39
herbiand.az

1Mənbələr