AZ

Dövlət qurumundan "Avromed Company" şirkətinə 33,6 milyon manatlıq sifarişlər

"Milli Hematologiya Və Transfuziologiya Mərkəzi" PHŞ tərəfindən həyata keçirilən satınalmalar üzrə 3 müqavilənin nəticələri açıqlanıb.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bütün satınalmaların qalibi "Avromed Company" QSC (VÖEN: 1500166751) olub. Şirkətlə imzalanan müqavilələrin ümumi dəyəri 33 599 090 manat təşkil edir.

Müqavilələrin detalları aşağıdakı kimidir:

Qanınbədxassəli və Talassemiya Dövlət Proqramları çərçivəsində ehtiyac olan dərman preparatları, reaktiv və tibbi sərfiyyatların satınalınması (Açıq Tender) – 21 761 710 manat.

Dərman preparatları və tibbi sərfiyyatların satınalınması (Bir mənbə) – 10 544 336 manat.

Qan Bankı təminatının satınalınması (Açıq Tender) – 1 293 045 manat.

Seçilən
40
fed.az

1Mənbələr