AZ

"Şamaxı"nın "Qarabağ" üzərində qələbəsi yubiley oldu

“Şamaxı” Bizon ölkə kubokunda 60-cı qələbəsini qazanıb.

"Football-plus.az" xəbər verir ki, bu, 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində “Qarabağ”a qarşı ev matçına təsadüf edib. Şamaxının eyniadlı klubu 2:1 hesabı ilə qalib gəlib. Əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adlarını da daşımış klub 60-cı qələbəsini 115-ci oyununda əldə edib.

“Şamaxı” evdə 34, səfərdə 24, neytral meydanda 2 dəfə qalib gəlib. Bu, yarışın tarixində 4-cü nəticədi. Yalnız “Qarabağ”, “Neftçi” və “Kəpəz”in hesabında daha çox qələbə var.

Qeyd edək ki, “Şamaxı” ilk qələbəsini 2001/02 mövsümündə “Ümid”lə (Bakı) 1/8 finaldakı səfər matçında qazanıb – 3:1.

Seçilən
4
11
football-plus.az

10Mənbələr