AZ

Məktəblini müəllimini vurmağa vadar edən gizli səbəb AÇIQLAMA

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakıdakı özəl təhsil müəssisələrindən biri olan “İdrak” liseyində qanlı hadisə yaşanıb. 10-cu sinif şagirdi hələlik tam bəlli olmayan səbəbdən müəlliminə silahdan atəş açıb. Güllə yarası alan müəllim təcili olaraq xəstəxanaya çatdırılıb, həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir. Məktəbdəki digər şagirdlər və müəllim heyəti baş verən insidentdən sonra həyəcan keçirib.Hadisənin pərdəarxası isə daha dərin problemlərdən xəbər verir. Sosioloq Sevinc Qasımova Demokrat.az-a məsələni şərh edərkən bildirib ki, bu, sadəcə bir yeniyetmənin anlıq cinayəti yox, cəmiyyətdə yığılıb qalan rəqəmsal və ailə daxili problemlərin partlayışıdır. Ekspertin fikrincə, virtual dünyada zorakı məzmunlu oyunlara aludə olan uşaqlar üçün real həyatla oyun arasındakı sərhəd itir. Silahlı hücumları ekranlarda "problemin həlli yolu" kimi görən yeniyetmələr eyni davranışı real mühitə, hətta öz müəllimlərinə qarşı tətbiq etməkdən çəkinmirlər.“Sosial şəbəkələr və bəzi kompüter oyunları uşaqlara zorakılığı adi və ya problemin həlli yolu kimi təqdim etdikdə, xüsusilə yeniyetmə yaşında olan şagirdlər bunu real həyata daşıya bilirlər. Yeniyetmələr hələ emosiyalarını idarə etməyi tam bacarmır və aqressiyanı düzgün yönəldə bilmirlər. Digər tərəfdən, valideynlərin övladların virtual mühitdə nə izlədiyini bilməməsi riski daha da artırır. Sosial şəbəkələrdə müqayisə, təzyiq və zorakı məzmun yeniyetmənin psixikasını daha da kövrək edir. Bu gərginlik isə aqressiya və impulsiv davranışlarla nəticələnə bilər”. Onun sözlərinə görə, oyun və sosial media asılılığı yeniyetmənin sosial bacarıqlarının inkişafını ləngidir:“Real ünsiyyətin azalması empati hissinin zəifləməsinə səbəb olur. Valideyn nəzarətinin olmaması bu təsirləri daha da gücləndirir. Uşağın hansı oyunları oynadığı və hansı məzmunu izlədiyi çox vaxt diqqətdən kənarda qalır. Sosial şəbəkə və oyunlar tərbiyəedici rol alaraq ailə və məktəbin yerini qismən doldurur. Bu səbəbdən bu sahədə ciddi maarifləndirmə və nəzarət mexanizmlərinə ehtiyac var. Uşaqlar bəzən real həyatda da özlərini oyunun içində hiss edirlər. Onlar üçün sərhədlər itə bilər və təhlükənin fərqinə varmırlar. Bu gün baş vermiş hadisə bizə bir daha göstərdi ki, heç kim belə hallardan sığortalanmayıb. Bu, hər bir valideynin başına gələ biləcək bir vəziyyətdir. Məhz buna görə valideynlər diqqətli olmalı, uşaqları nəzarətsiz şəkildə telefon və virtual mühitin ixtiyarına buraxmamalıdırlar. Övladlara telefon vermək yalnız valideyn rahatlığı üçün olmamalıdır”.Leyla Turan

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
demokrat.az

1Mənbələr