AZ

Gücüm çatmazdı deyə bıçaqladım Sumqayıtdakı kafedə dava düşdü

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

Sumqayıt şəhərində 1991-ci il təvəllüdlü Tərlan tanışı Elmara bıçaqla xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 2024-cü il noyabrın 9-da şəhərin H.Z.Tağıyev qəsəbəsi, Sahil küçəsi dəniz kənarında yerləşən “Balıqçı” adlı kafenin qarşısında baş verib. Tərlan həmin gün, saat 19 radələrində alkoqol sərxoşluğu vəziyyətində Elmarın bir qədər əvvəl kafenin həyətində nalayiq ifadələr işlətməsinə irad bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı sonuncu tərəfindən ona irad bildirilib, oradan getməsini tələb etməsini özü üçün qəbul edilməz hal kimi qiymətləndirib. O, kafenin mətbəxindən götürdüyü bıçaqla Elmarın qarın nahiyəsinə bir dəfə zərbə vurub. Hadisəni törədən Tərlanın barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tərlan ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, Elmar ilə əvvəllər şəxsi tanışlığı olmayıb, onunla əvvəllər Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində kirayəşin yaşayarkən bir iki dəfə təsadüfən qarşılaşıb: “Elmarın ancaq qəsəbə ərazisində yaşaması barədə məlumatım olub. Sonuncu dəfə Sumqayıt şəhəri ərazisində yerləşən kafelərin birində yemək yeyib spirtli içki qəbul etdim. Bundan sonra yaşadığım Yaşma bağlar massivi ərazisinə getmək üçün H.Z.Tağıyev qəsəbəsinə gəldim. Ancaq orada fikrimi dəyişdim və qəsəbədə yerləşən “Balıqçı” kafesinə balıq yeyib, pivə içmək üçün getmək qərarına gəldim. Kafenin həyətinə saat təxminən 19 radələrində daxil oldum. İlk əvvəl balıq və pivə sifariş vermək üçün kafenin mətbəxinə yaxınlaşdım. Ancaq içəridə heç kim olmadığından sifariş vermək üçün kafenin işçilərindən birini axtarmağa başladım. Bu zaman kiminsə məni arxadan çağırdığını hiss etdim. Geri çevriləndə Elmarın ünvanıma nalayiq ifadə işlədərək nə istədiyini soruşduğunu gördüm. İlk əvvəl ona cavab verməsəm də, həmin şəxs yenidən ünvanıma nalayiq ifadə işlədərək üstümə gəldiyindən, onun cüssəcə məndən dəfələrlə böyük olduğundan kafenin mətbəxindəki stolun üzrində olan bıçağı götürdüm, kəsici hissəsini bilək nahiyəmin arxasında gizlətdim”. Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Elmar üstünə gəldikcə, o da geri çəkilməyə başlayıb: “Ondan niyə ünvanıma nalayiq ifadə işlətməsinin səbəbini soruşdum. O, heç bir səbəb olmadan ünvanıma nalayiq ifadələr işlətməkdə davam etdi. Mən də onun ünvanına nalayiq ifadə işlətdim. Elmar üstümə gəldikcə isə geri çəkildim. Beləcə kafenin qarşısına çıxdıq. Həmin vaxt əlimdəki bıçağı Elmara göstərdim ki, bəlkə qorxub geri çəkilər. Ancaq Elmarın buna da əhəmiyyət vermədiyini, Elmarın məni vurmaq istədiyini gördüm. Onu qabaqlamaq üçün bıçaqla sağ tərəfdən qarın nahiyəsinə bir zərbə vurdum. Bundan sonra Elmarda yumruqla baş nahiyəmə bir zərbə vurduğundan yerə yıxıldım. Daha sonra olanları xatırlamamışam. Özümə gəldikdə isə ayağa qalxdım və oradan uzaqlaşdım. Sonradan səhərə qədər qəsəbəsi ərazisində yerləşən 2 saylı orta məktəbin həyətində gizləndim”. Tərlanın ifadəsinə görə, hadisə vaxtı ayaqqabısının bir tayı və papağı hadisə yerində qaldığından, eləcə də əynində olan geyim əşyaları çirkləndiyindən gedərək özünə paltar almasını, sonra isə polis əməkdaşlarına təslim olmasını fikirləşib: “Sumqayıt şəhəri ərazisində yerləşən 2 saylı uşaq xəstəxanasının qarşısından keçərkən polis əməkdaşları yaxınlaşaraq məni saxlamaq istədilər. Həmin vaxt üstümə gələn şəxslərin çox olduğunu gördüm və onları geri çəkilməsinə nail olmaq üçün üzərimdə olan ülgüclə boğazımın sağ hissəsinə xəsarət yetirdim. Bundan sonra polis əməkdaşları mənə tibbi yardım göstərilməsi üçün Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına yerləşdirdilər”. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tərlan 7 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. Fariz Məlikli

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
demokrat.az

1Mənbələr