Çində dronla daşınan donuz 10 saatlıq elektrik kəsintisinə səbəb olub.
İnterpress.az xəbər verir ki, bu barədə Çin mətbuatı məlumat yayıb.
Çində yerli fermerin qeyri-adi yük daşıma cəhdi minlərlə insanın qaranlıqda qalması ilə nəticələnib.
Məlumata görə, fermer donuzu dağlıq ərazidən keçirmək üçün pilotsuz uçuş aparatından (dron) istifadə etmək qərarına gəlib.
Lakin uçuş zamanı dron yüksək gərginlikli elektrik xətlərinə ilişib və heyvan uzun müddət havada asılı vəziyyətdə qalıb.
Bu insident səbəbindən ərazidə kütləvi elektrik kəsintisi (blekaut) baş verib və minlərlə sakin işıqsız qalıb.
Qəzanın fəsadlarını aradan qaldırmaq üçün hadisə yerinə 12 elektrik cəlb olunub.
Mütəxəssislər heyvanı xətlərdən ayırmaq və zədələnmiş elektrik xəttini təmir etmək üçün 10 saat vaxt sərf ediblər.

Xuraman Etibarlı
İnterpress.az