AZ

ABŞ administrasiyasının Kanadada "separatçı qrup"la gizli danışıqlar apardığı iddia edilir



ABŞ prezidenti Donald Tramp administrasiyasının Kanadanın Alberta əyalətini ABŞ-dan ayırmağı hədəfləyən bir qrupla gizli görüşlər keçirdiyi iddia edilir."The Washington Times" qəzeti ABŞ Dövlət Departamentinin rəsmilərinin aprel ayından bəri Albertanın ABŞ-dan ayrılmasını müdafiə edən "Alberta Rifah Layihəsi" ilə üç gizli görüş keçirdiyini bildirib.

Qəzetə danışan qrupun baş direktoru Miç Silvestr bildirib ki, görüşlər Albertanın ayrılacağı təqdirdə onunla ticarət müqaviləsi bağlamağa yönəlib. Silvestr qrupun belə bir razılaşma üçün danışıqlar aparmaq səlahiyyətinə malik olmadığını etiraf edərək, "müstəqil Albertanın hazırlıqsız tutulmasını istəmədiklərini" iddia etdi.

O, ABŞ rəsmilərinin qrupa kömək etmək üçün heç bir öhdəlik götürmədiyini bildirdi və "Kanadada ən çox qütbləşən şey Donald Trampdır" deyə iddia etdi.

Silvestr qeyd etdi ki, qrup liderləri ABŞ-ın "müstəqillik hərəkatından uzaq durmasını" üstün tuturlar.

Hesabatda qrupun Albertanın ölkədən ayrılması ilə bağlı referendum keçirilməsini dəstəklədiyi bildirilir.

Tramp dəfələrlə Kanadanın ABŞ-a qoşulması məsələsini qaldırıb.

ABŞ prezidenti Tramp prezidentliyinin ilk günlərindən iki ölkə arasında ticarət münasibətləri ilə bağlı keçmiş Kanada baş naziri Castin Trüdo ilə fikir ayrılıqları yaşayıb.

Tramp iddia edirdi ki, ABŞ hər il Kanadaya yüz milyardlarla dollar subsidiya verir və bu dəstək yalnız Kanadanın ABŞ-ın 51-ci ştatı olması halında "mənalı" olacaq.

Tramp öz paylaşımında illər əvvəl "süni xətt ilə ayrılmış" iki ölkə arasında artıq sərhəd olmamalı olduğunu iddia edərək, "Təsəvvür edin ki, bu torpaq nə qədər gözəl olardı. Hər cəhətdən üstünlüklü, heç bir mənfi cəhəti yoxdur. Bu, onsuz da baş verməli olan bir şey idi" deyib.

aia.az
Tərcümə şöbəsi



Seçilən
76
1
aia.az

3Mənbələr