AZ

II Respublika Nadir Xəstəliklər Forumu keçiriləcək - AÇIQLAMA

28 fevral 2026-cı il tarixində "Yeni Klinika Tibb Mərkəzi"ndə 28 Fevral – Beynəlxalq Nadir Xəstəliklər Gününə həsr olunmuş II Respublika Nadir Xəstəliklər Forumu keçiriləcək.

QHT.az xəbər verir ki, bu barədə "Kistoz Fibroz Xəstələrinə Yardım" İctimai Birliyinin sədri Səadət Bayramova bildirib. Onun sözlərinə görə, Forum "Nadir Xəstəliklər Təşkilatları İttifaqı"nın təşəbbüsü, Səhiyyə Nazirliyi, TƏBİB və "İctimai Səhiyyə və İslahatlar Mərkəzi"nin təşkilati dəstəyi ilə baş tutacaq.

Tədbirin əsas məqsədi ölkəmizdə nadir xəstəliklərlə yaşayan şəxslərin üzləşdiyi problemlərin və ehtiyacların kompleks şəkildə gündəmə gətirilməsidir. Forum çərçivəsində diaqnostika, müalicə, dərman təminatı, sosial xidmətlər, hüquqi məsələlər və ailə dəstəyi kimi mövzular açıq və şəffaf müzakirə olunacaq.

Forum həkimlər üçün akkreditasiya olunub. Kredit miqdarı 7 bal təşkil edir. Tədbir aşağıdakı ixtisas sahələrini əhatə edir:

  • Pulmonologiya (həkim-pulmonoloq)

  • Pediatriya (həkim-pediatr)

  • Genetika (həkim-genetik)

  • Hematologiya (həkim-hematoloq)

  • Nevrologiya (həkim-nevropatoloq)

  • Qastroenterologiya (həkim-qastroenteroloq)

Tarix: 28 fevral 2026
Saat: 09:00 – 17:00
Məkan: Yeni Klinika

Qeydiyyat vacibdir. Qeydiyyat linki elan vasitəsilə təqdim olunub. Təşkilatçılar forumda iştirak etmək istəyən hər kəsi tədbirdə görməkdən məmnun olacaqlar.

Seçilən
34
qht.az

1Mənbələr