AZ

Ümumdünya Səhiyyə Təşkilatının 1200-dən çox əməkdaşı işdən çıxarılıb



Maliyyələşdirmənin kəsilməsi nəticəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 1200-dən çox əməkdaşı işdən çıxarılıb.

Newscenter.az TASS-a istinadən buldirir ki, bu barədə ÜST-ün hesabatında bildirilib. Hesabatın məzmunu Cenevrədə təşkilatın İcraiyyə Şurasının 158-ci sessiyasında müzakirə olunub.

Sənədə əsasən, təşkilat müvəqqəti müqavilələrin müddətinin bitməsi və bir neçə işçinin vaxtından əvvəl təqaüdə çıxması da daxil olmaqla təxminən 1100 iş yerini qoruyub saxlaya bilib. Hesabatda qeyd olunur ki, nəticədə təşkilat 1282 iş yerinin ixtisarı ilə üzləşib.

Təşkilatın hesablamalarına görə, 2026-cı ilin ortalarına qədər ÜST işçilərinin sayı 7300 nəfər olacaq. Bu, 2025-ci ilin əvvəlindəki 9400 nəfərlə müqayisədə 22% azdır.

Anar
Seçilən
96
1
newscenter.az

2Mənbələr