Misir millisinin və “Liverpul” klubunun ulduz futbolçusu Məhəmməd Salah nümayiş etdirdiyi mükəmməl oyunla azarkeşlərin yenidən rəğbətini qazanıb. Bir müddət əvvəl baş məşqçi Yurgen Kloppla aralarında soyuqluq yaransa da, təcrübəli futbolçu cari mövsümdə də komandasının əsas silahı olaraq qalır. Metbuat.az xəbər verir ki, Premyer Liqada məhsuldar çıxışı ilə seçilən Salah həm vurduğu qollar, həm də verdiyi assistlərlə “Liverpul”un turnir cədvəlində üst sıralarda qalmasını təmin edir. Baş məşqçi Arne Slot və klub rəhbərliyi Salahın peşəkarlığını və meydandakı məsuliyyət hissini xüsusi qeyd edib. Futbol mütəxəssisləri hesab edirlər ki, Salahın stabil oyunu “Liverpul”un çempionluq iddialarının əsas faktorlarından biridir. Salah hər dəfə meydana çıxanda azarkeşlərdən alqış alır. Qeyd bedək ki, Məhəmməd Salah 2025/26 mövsümündə “Liverpul”un heyətində 31 oyuna çıxıb. Futbolçu 12 dəfə fərqlənib və 5 qolun ötürməsini verib.