AZ

Azərbaycan şahmatçısı: Ötənilki uğursuzluğu bu dəfə kompensasiya etmək istəyirəm

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 6 fevral, Aynur Əlixanlı, AZƏRTAC

Ötənilki ölkə çempionatında yaxşı çıxış etməmişdim. Bu dəfə turnirə hazırlaşmaq üçün kifayət qədər vaxtım oldu. Ümid edirəm ki, istədiyim nəticəni əldə edəcəyəm.

Bu sözləri AZƏRTAC-a açıqlamasında şahmat üzrə Azərbaycan millisinin üzvü Aydın Süleymanlı deyib.

20 yaşlı iti zəka sahibi turnirdən gözləntilərinin böyük olduğunu söyləyib: “Çempionatda gənc şahmatçılar da mübarizə aparacaqlar. Potensialları böyükdür. Mən də gəncəm. Maraqlı oyunlar bizi gözləyir. Ötənilki uğursuzluğu bu dəfə kompensasiya etmək istəyirəm".

O, yarışda təcrübəli şahmatçıların da iştirak edəcəyini xatırladıb: “Şəhriyar Məmmədyarov, Eltac Səfərli, Rauf Məmmədov kimi təcrübəli şahmatçılara qarşı mübarizə aparmaq heç də asan olmayacaq. Onlara qarşı heç vaxt klassik şahmat oynamamışam. Bu, mənim üçün böyük təcrübə olacaq”.

Qeyd edək ki, Azərbaycan çempionatında 46 şahmatçı iştirak edir. Kişi şahmatçılardan 30, qadınlardan isə 16 iştirakçı mübarizə aparacaq. Yarışın ümumi mükafat fondu 92 min manat təşkil edir. Məbləğin 62 min manatı kişilərin, 30 min manatı isə qadınların çempionatına aiddir.

Turnirə fevralın 22-də yekun vurulacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
1
azertag.az

2Mənbələr