AZ

Avtomobil “fast-food” köşkünə ÇIRPILDI: Qaynar yağ insanların üzərinə DAĞILDI – VİDEO

Hindistanda avtomobil “fast-food” köşkünə çırpılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Hindistan mediası məlumat yayıb.

Hindistanda yüksək sürətlə hərəkət edən sürücü idarəetməni itirərək yol kənarındakı “fast-food” məntəqəsinə daxil olub.

Güclü zərbə nəticəsində köşkdəki bütün fritürlər (yağ qazanları) aşıb və içərisindəki qaynar yağ birbaşa orada çalışan əməkdaşların üzərinə tökülüb.

Hadisə nəticəsində köşkün işçiləri ciddi yanıq xəsarətləri və müxtəlif dərəcəli fiziki travmalar alıblar.

Yaralılar dərhal xəstəxanaya yerləşdirilib, onların vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb, qəzanı törədən sürücü saxlanılıb.

Xuraman Etibarlı

İnterpress.az


Seçilən
27
interpress.az

1Mənbələr