AZ

İran ətrafında həlqə daralır



İran və ABŞ rəsmilərinin Omanda keçirilən görüşü yekunlaşdı. Görüşdə mövcud situasiya müzakirə olunsa da, müsbət impluslu hər hansı bir irəliləyiş əldə olunmadı.
Əlbəttə, rəsmilərin görüşündən gözləntilər çox idi. Lakin aydındır ki, fundamental səbəblər aradan qalxmadıqca İslam Respublikası ətrafında gərginlik azalmayacaq.
Bəlli olduğu kimi, Birləşmiş Ştatlar bir müddətdir İran ətrafında həm quru, həmdə dəniz gücünü əhəmiyyətli dərəcədə artırır. Hazırda cənub qonşumuz demək olar ki, mühasirəyə alınmış vəziyyətdədir. Düzdür Pentaqonun bölgəyə cəmləşdirdiyi qüvvələr İrana qarşı quru əməliyyatları keçirmək üçün kifayət deyil. Ancaq dağıdıcı hava zərbələri endirmək baxımından olduqca güclü qüvvə səfərbər edilib. Və bu qüvvənin günlük xərcləri də yüksəkdir. Yəni, sərf edilən enerji və maddi vəsait mütləq şəkildə hər hansı bir qazanca hesablanıb. Belə olduğu təqdirdə hərbi əməliyyatlar dalğasının başlaması ehtimalı yüksəlir.
Təbii ki, məsələnin İranla bağlı olmayan tərəfləri də var. Donald Tramp Çinin hərəkət trayektoriyasını minimallaşdırmağa çalışır. Çin üçünsə İran gərəkli ölkədir. Bu səbəbdən rəsmi Pekin İrana çox sayda hərbi avadanlıqlar göndərir. Buna görə də Çinin ritorikası Birləşmiş Ştatları ehtiyyatlı olmağa vadar edir. Çünki planlanan ssenari gözlənilən kimi irəliləməsə, yəni, Birləşmiş Ştatlar Hind okeanında çox vaxt itirsə Sakit okeanda Pekinin lehinə işləyən boşluq yarana bilər. Düzdür Çinin İrana dəstəyi hərbi balansı dəyişə bilməz. Ancaq regionda İraq və Əfqanıstan ssenarisindən daha mürəkkəb və böyük problem yarana bilər. Bu isə Vaşinqtonun maraqlarına uyğun deyil. Təbii ki, mövcud dinamika ən çox çətinlik İrana yaşadır. İqtisadi vəziyyəti ağır olan ölkə bu situasiyada daha çox zərər görür. Bəlkə də ABŞ-ın istəyi də məhz budur. İranln iqtisadi çətinliklərdən dolayı taqəti qalmasın. Hər bir halda zaman irəliləyir və iplər daha da gərilir.

Siyasi şərhçi Pərviz Mirizadə.
Seçilən
66
newscenter.az

1Mənbələr