AZ

“Hizbullah”ın kəşfiyyat rəhbəri vəzifəsindən AYRILDI

Redaktor.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Hizbullah”ın kəşfiyyat idarəsinin rəhbəri Vafik Safa tutduğu vəzifəni tərk edib.

Redaktor.az xəbər verir ki, bu barədə "Janoubia" xəbər portalı məlumat yayıb.

Nəşrin məlumatına görə, təşkilat rəhbərliyi Safanın istefa ərizəsini fevralın 6-da qəbul edib.

Şiə icmasına yaxın mənbələr bildirir ki, Safanın vəzifədən getməsinə yanvar ayında hərəkatda aparılan restrukturizasiya səbəb olub. Sözügedən dəyişikliklər onun rəhbərlik etdiyi xüsusi bölməni də əhatə edib. İslahatlar nəticəsində Safanın səlahiyyətləri əhəmiyyətli dərəcədə azaldılsa da, o, həmin vaxt vəzifədən kənarlaşdırılmamışdı.

Portalın məlumatına əsasən, Safanın səlahiyyətlərini müvəqqəti olaraq Hüseyn Barade icra edəcək. O, həmçinin Hacı Sajid kimi tanınır.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
90
1
redaktor.az

2Mənbələr