AZ

Prezidentin Saleh Məmmədovun yerinə sədr təyin etdiyi Vüsal Nəsirli kimdir? – DOSYE

Saleh Ərşad oğlu Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.


 Bu barədə  prezident İlham Əliyev sərəncam imzalayıb.


Prezidentin digər sərəncamı ilə Vüsal Zakir oğlu Nəsirli Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri təyin edilib.

Paytaxt.org onun barəsində məlumatları təqdim edir:

V.Nəsirli 1978-ci ildə İmişli şəhərində anadan olub. 2002-ci ildə Qafqaz Universitetinin İnzibati İdarəetmə fakultəsinin dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr və magistr pillələrini bitirib.

2001-2009-cu illərdə özəl sektorda müxtəlif rəhbər vəzifələrdə, 2009-2013-cü illərdə İqtisadi İnkişaf Nazirliyində Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsinin direktor müavini,

2013-2018-ci illərdə İqtisadiyyat Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdir müavini vəzifələrində işləyib.

2018-ci ildə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib.

Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, iki övladı var.

Seçilən
21
36
paytaxt.org

10Mənbələr