AZ

Rauf Məmmədov: Ölkə çempionatı gənc şahmatçılar üçün yaxşı sınaq olacaq VİDEO

Bakı, 6 fevral, Aynur Əlixanlı, AZƏRTAC

Ölkə çempionatı gənclər üçün yaxşı sınaq olacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan şahmatçısı Rauf Məmmədov ölkə çempionatının açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

Ötənilki ölkə çempionu turnirin maraqlı alınacağına inandığını bildirib: “Gənclərlə təcrübəli şahmatçılar arasında yaxşı rəqabət olacaq. Mən özüm də ilk dəfə iştirak etdiyim ölkə çempionatında çempion olmuşdum. O vaxt 15 yaşım var idi. Ona görə bu dəfə də hər şey ola bilər. İndiki gənclərimiz də çox güclüdürlər. Sürpriz nəticələr qeydə alına bilər”.

Qeyd edək ki, Azərbaycan çempionatında 46 şahmatçı iştirak edir. Kişi şahmatçılardan 30, qadınlardan isə 16 iştirakçı mübarizə aparacaq. Yarışın ümumi mükafat fondu 92 min manat təşkil edir. Məbləğin 62 min manatı kişilərin, 30 min manatı isə qadınların çempionatına aiddir.

Turnirə fevralın 22-də yekun vurulacaq.

Seçilən
37
azertag.az

1Mənbələr