AZ

AAYDA Həmzəyev və Fərmanovun "çal oynasın lahiyyəsi" - Məmmədovun torbasın tikən OLİQARX idarə rəisi ilə yeni sədr BACARACAQMI?

Təmtəraqlı toylar ilə gündəmi zəbt edib, müzakirə obyektinə çevrilən məmurların "xeyir işi" hadisələri Avtomobil Yolları Dövlət Agentliyinin ayağına yazılaraq Saleh Məmmədovun sonunun gəlməsinə səbəb oldu.

Paytaxt.org-un xəbərinə görə, Avtomobil Yolları Dövlət Agentliyində "çal oynasın lahiyyəsi" sabiq sədrlə bağlı ilginc iddialar ortaya çıxarıb.

İddiaya görə, son zamanlar dəbdəbəli xeyir işlərin dominantına çevrənlər məqsədli şəkildə Saleh Məmmədovu hədəf seçib torbasın tikən, AAYDA -in Baş Maliyyə İdarəsinin rəisi Müseyib Həmzəyev və Maliyyə idarəsinin Hesabat - Balans şöbəsinin baş mütəxəssisi Namiq Fərmanov cütlüyüyüdür.


Belə ki, bir müddət öncə Avtomobil Yolları Dövlət Agentliyinin Maliyyə idarəsinin Hesabat və Balans şöbəsinin baş mütəxəssisi  Namiq Fərmanov oğluna “Elux Event Hall” məkanında dəbdəbəli toy məclisi qurdu. Axasınca  isə Agentliyin Baş Maliyyə İdarəsinin rəisi milyonçu Müseyib Həmzəyev də oğluna Fərmanovlar ailəsinin məclisini gölgədə qoyan saraylara layiq məclislər, məclisi qurur. Elə toy məclisi ki, dövlət tədbirindən də ləyaqlı dəbdəbəli şəkildə. Ölkənin aparıcı müğənniləri, Aygün Kazımova, Röya və digər məşhur müğənnilər yüz min mantlar ödəniş edilməklə toya gətrlir.Deyilənə görə müğənnilərə ümumilikdə 250 min manatdan çox pul xərcləyən ata Həmzəyev səs-küy yaradan bahalı oğul toyunu(Sənan Həmzəyevin toyu) “Böyük Saray”da edərək S.Məmmədova və yuxarılara meydan oxuyub. Məlumatlarda sözügedən toy üçün dəvətnamənin birinin 50 manata hazırlandığı, bir toy masasının qiymətinin isə 500 manat olduğu deyilirdi. Bildirilirdi ki, Həmzəyevlərin toyuna 600 nəfər dəvət olunub və toya dəvət olunan müğənnilərə, təxminən, 250 min manatdan çox vəsait ödənilib. Sosial şəbəkələrdə paylaşılan toyun ümumi xərcinin bir milyon manata yaxın olması minlərlə şəbəkə  istifadəçiləri arasında ciddi müzakirələrə səbəb olub. Oliqarx məmurun oğlunun xeyir işində sənətçilər Nuri Sərinlədici, Aygün Kazımova, Röya Ayxan və ölkənin digər məşhur müğənniləri məclisə daha da rəngarənglik qatıb. Toy mərasimlərinin bu cür keçirilməsi dediyimiz kimi sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilib. Bildirilib ki, məmur maaşı ilə belə təmtəraqlı toy etmək mümkün olmasada Həmzəyev kimilər buna nail ola bilirlər..

Bildirək ki, mötəşəm toya gələnqonaqlar arasında 11 saylı Quba Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoru Hikmət Seyidov da olub. Seyidov da toya əliboş gəlməyib o, 20 min ABŞ dolları dəyərində qızıl-brilliant hədiyyələri ilə toy sahibinə öz təbriklərin çatdırıb. 

Səs-küylü toy məclisidə daha bir mötəbər qonaq olub. O, Müseyib Həmzəyevin qardaşı oğlu Zaur Həmzəyevun olduğu deyilir. Zaur Həmzəyev AAYDA-ya bağlı olan “Bakı 1 №-li Yol İstismari” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəridir. Toyda yüz min manatları heçə sayan Zaur Həmzəyevin hazırda  rəhbəri olduğu MMC-nin dövlətə 715 318 AZN vergi borcu var.

 AAYDA -ın Baş Maliyyə İdarəsinin rəisi Müseyib Həmzəyev əslində kimdir?

Paytaxt.org-a daxil olan məlumatda bildirilir ki, Müseyib Həmzəyev - vaxtilə Arif Əsgərovun rəhbərlik etdiyi Azərbaycan Dəmir Yolları idrəsində baş vermiş bütün maliyyə pozuntularına birbaşa memarlıq etmiş, ayrılmış dövlət büdcəsinin “anasını ağlar” qoymuş” koorrupsaner vəzifə sahibi olub. Media üzərindən apardığımız araşdırmalara görə, Cavid Qurbanovun rəhbərliyi dönəmində Azərbaycan Dəmir Yolları QSC-də nisbətən qayda qanunun yaranmasından sonra M.Həmzəyev xidmət rəisi Elşən Məmmədovla birlikdə “Azəravtoyol” ASC-yə transfer oldular. Doğrudur, qısa müddət ərzində Elşən Məmmədov yenə də güvəndiyi keçmiş Nəqliyyat nazirinə arxalanaraq özbaşnalıq etmək istərkən Müseyib Həmzəyev fürsətdən istifadə edərək onunla birlikdə milyonlar qazandığı xidmət rəisi E.Məmmədovu “baqaja” qoyaraq onu rəhbərliyə asanlıqla satan şəxslərdəndir. sabiq maliyyə maxinatorunun belə FƏRASƏTİ ONU  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Maliyyıə İdarəsinin rəisi vəzifəsini işğal ETMƏYİNƏ YOL AÇMIŞDIR. MAXİNASİYA, TALAN, KÜLLİ -MİQDARDA RÜŞVƏT ALMA, VƏZİFƏDƏN -SUİ-İSTİFADƏ VƏ.S əməlləri ilə özünə var-dövlət yığmağı VƏZİFƏ BORCU HESAB EDƏN Museyib Həmzəyevin Bakıda 50 yaxın evi, çox sayda obyektlər və dükanlar eləcədə  bir neçə resoran, 5 yaxın villa nəhayyət bir neçə dəbdəbəli baxçalı malikanələrə sahib oliqarx məmurun yüklü sərvətinin olduğu, daxil olan məlumatlarda deyilir. Daha sonra məlumatlarda oda bildirilir ki, səs-küylü toy məclisi sahibi Müseyib Həmzəyev maxinasiya və talan iş siyasəti yuxarıların hərəkətə keçməsinə zəmin yaradıb. Aylarla  AAYDA aparılan yoxlamalar nəhayyət ki,Saleh Məmmədovun vəzifəsini itirməsinə gətirib çıxardı. Yəni, Müseyib Həmzəyev və Namiq Fərmanov cütlüyünün tikdiyi dərin torbaya düşən S.Məmmədov əzəməti kimi vəzifəsini də itirdi. Maraqlıdır, bundan sonra necə olacaq...


Prezidentin sərəncamı ilə  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin ieni sədri təyin edilən Vüsal Zakir oğlu Nəsirli görəsən Saleh Məmmədovun torbasın tikən Müseyib Həmzəyev və Namiq Fərmanov cütlüyü ilə bacara biləcəkmi!? - yoxsa aylar və yaxud illər sonra Vüsal Nəsirlini də S. Məmmədovun aqibət gözləyir?

Mövzu diqqətimizdədir

Paytaxt.org

Rza Fikrətoğlu

 






Seçilən
27
paytaxt.org

1Mənbələr