AZ

Milan-Kortina 2026 başladı: 3 idman növü üzrə ilk nəticələr

Milan-Kortina 2026 başladı: 3 idman növü üzrə ilk nəticələr

İtaliyanın ev sahibliyi ilə keçirilən Milan-Kortina 2026 Qış Olimpiya Oyunlarında həyəcan 3 idman növü üzrə keçirilən müsabiqələrlə başlayıb.

İtaliyada təşkil olunan 25-ci Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimindən əvvəl idmançılar kyorlinq, buz xokkeyi və bədii fiqurlu konkisürmə növlərində mübarizə aparıblar.

Yarışların nəticələri

Kyorlinq:

Qarışıq cütlüklərin oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

Böyük Britaniya İsveçi 7-4, Cənubi Koreyanı isə 8-2 hesabı ilə məğlub edib.

İtaliya İsveçrə üzərində 12-4, Estoniya üzərində isə 7-4 hesablı qələbə qazanıb.

ABŞ Kanadanı 7-5, Çexiyanı isə 8-1 hesabı ilə üstələyib.

Norveç İsveçə 9-0 hesabı ilə qalib gəlib.

Qadınlar arasında buz xokkeyi:

Yaponiya Fransanı 3-2 hesabı ilə məğlub edib.

İsveçrə Çexiya üzərində 4-3 hesablı qələbə çalıb.

Bədii fiqurlu konkisürmə

Bundan əlavə, idmançılar bədii fiqurlu konkisürmə üzrə komanda yarışlarında öz bacarıqlarını nümayiş etdiriblər.

Seçilən
113
afn.az

1Mənbələr