ABŞ prezidenti Donald Tramp ABŞ-ın İrandan mal və ya xidmət idxal edən dövlətlərdən gətirilən məhsullara əlavə rüsumlar tətbiq edə bilməsini nəzərdə tutan fərman imzalayıb.
APA xəbər verir ki, bu barədə cümə günü Ağ Evin Mətbuat Xidməti məlumat yayıb.
Sənədə əsasən, ABŞ-a idxal edilən və birbaşa və ya dolayı yolla İrandan mal və ya xidmət alan istənilən ölkədə istehsal olunan məhsullara, məsələn, 25% həcmində əlavə advalor (malın dəyərinə proporsional) rüsumlar tətbiq oluna bilər.
Qeyd edək ki, bu tədbirlər fevralın 7-dən qüvvəyə minəcək.