AZ

Ukraynanın enerji şəbəkəsinə hücumların güclənməsi riskləri artırır - BAEA

Bakı. Trend:

Ötən həftəsonu Ukraynanın enerji sistemi yenidən hücumlara məruzqalıb və bu, atom elektrik stansiyalarının fəaliyyətinə ciddi təsirgöstərib.

Trend-in məlumatına görə, Beynəlxalq Atom Enerjisi Agentliyinin(BAEA) baş direktoru Rafael Qrossi bu barədə açıqlama verib.

Onun sözlərinə görə, Ukraynanı qonşu dövlətlərlə birləşdirənötürücü xətlər sıradan çıxıb, nəticədə ölkə daxilində enerjitəchizatı xətləri zəncirvari şəkildə şəbəkədən ayrılıb. Gərginliyindəyişməsi səbəbindən AES-lərdən birində enerji bloku şəbəkədənayrılaraq avtomatik dayandırılıb. Digər AES-lərdə isə enerjiblokları gücü azaltmağa məcbur olub.

Çernobıl AES-in xarici elektrik təchizatı tamamilə kəsilib vəobyekt təxminən bir saat ərzində fövqəladə hallar üçün nəzərdətutulmuş dizel generatorları hesabına fəaliyyət göstərib.

R.Qrossi bildirib ki, bu cür hadisələr elektrik şəbəkəsininvəziyyətinin pisləşməsi fonunda nüvə təhlükəsizliyi üçün daimirisklərin mövcud olduğunu bir daha açıq şəkildə göstərir.

Seçilən
62
az.trend.az

1Mənbələr