AZ

Bir gecəyə arıqladıb, iynəyə sap edir

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyəli diyetoloq Büşra Çalışkanın sosial şəbəkədə paylaşdığı yeni arıqlama üsulu qısa müddətdə minlərlə insanın diqqətini çəkib. Xüsusilə çətin əriyən yağlardan və yerindən tərpənməyən piydən xilas olmaq istəyənlər üçün təklif edilən bu təbii qarışıq maddələr mübadiləsini sürətləndirir və bədəni "yağ yandırma" rejiminə keçirir.Demokrat.az xəbər verir ki, onun resepti olduqca sadədir: 1 litr isti suyun içərisinə bir çay qaşığı bibəriyyə (rozmarin), iki dilim təzə limon, bir çay qaşığı zəncəfil, iki ədəd çubuq darçın və bir xörək qaşığı alma sirkəsi əlavə edilir. Burada əsas məqam suyun çox qaynar olmamasıdır. Maddələr öz rəngini və faydasını suya verdikdən sonra qarışığı süzüb gün ərzində içmək olar. Xüsusilə səhərlər acqarına içildikdə təsirinin daha yüksək olduğu bildirilir.Bu qarışığın sirri tərkibindəki komponentlərin sinerjisindədir. Bibəriyyə birbaşa yağ yandırılmasına kömək edərkən, darçın qan şəkərini nizamlayaraq şirniyyat istəyinin qarşısını alır. Zəncəfil bədəndəki ödemi qovur, alma sirkəsi isə həzm sistemini və mikrofloranı qaydaya salır. Lakin unutmaq olmaz ki, hər nə qədər təbii olsa da, mədə problemi və ya xroniki xəstəliyi olanlar bu cür kürləri sınamazdan əvvəl mütləq həkimlə məsləhətləşməlidir.İsmayıl

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
demokrat.az

1Mənbələr